STEP AHEAD IN MODULAR SOLUTIONS
İçindəki
Modul konstruksiyalar
Ekobinalar
Yığma poliester kabinalar
Yığma kabina sistemi – müasir daxili dizayna malik olan yüksək texnoloji məhsuldur. Belə kabinalar nəzarət postları, realizasiya məntəqələri, avtoparklardakı mühafizə postları, parklarda, sərgilərdə, çimərliklərdəki müşahidə məntəqələri, polis və hərbi qaravul postları, ayaqyolu, duş, paltar soyunulan yer, tikinti, müəssisə, ofis, anbar, bufet, yeməkxana, restoran, yataqxana və sair kimi istifadə oluna bilər.
Yığma sistemin tərkibinə daxil olan bütün panellər şüşə liflə gücləndirilmiş və cod poliuretan köpüyü hopdurulmuş poliesterdən hazırlanmışdır. Bu tərkibin sayəsində bu sistem əla isti və səs izolyasiyasına malikdir, korroziya və köhnəlmə qorxusu olmadan asanlıqla yuyulur və təmizlənir.
Kabinalar, yerdən minimum 10 sm. hündürlükdə beton meydançanın üstündə montaj edilir və ona polad boltlarla bərkidilir. Pəncərə və qapı çərçivələri – alümindəndır. Pəncərələrin şüşəsı – 5 mm. qalınlığında avtomobil şüşəsindəndir. Elektrik sistemi avtoqoruyucu, rozetka, kabellər və işıqlandırmadan ibarətdir.
Ölçülər | Hündürlük | Sahə | Çəki |
---|---|---|---|
1,50 m. x 1,50 m. | 2,40 m. | 2,25 m2 | 290 kg |
1,50 m. x 2,20 m. | 2,40 m. | 3,30 m2 | 395 kg |
1,50 m. x 2,70 m. | 2,40 m. | 4,05 m2 | 450 kg |
2,20 m. x 2,20 m. | 2,40 m. | 4,84 m2 | 500 kg |
2,70 m. x 2,20 m. | 2,40 m. | 5,94 m2 | 550 kg |
2,70 m. x 2,70 m. | 2,40 m. | 7,29 m2 | 650 kg |
2,20 m. x 3,90 m. | 2,40 m. | 8,58 m2 | 750 kg |
2,70 m. x 3,90 m. | 2,40 m. | 10,53 m2 | 800 kg |
2,70 m. x 5,10 m. | 2,40 m. | 13,77 m2 | 950 kg |
2,70 m. x 6,30 m. | 2,40 m. | 17,01 m2 | 1300 kg |
2,70 m. x 7,50 m. | 2,40 m. | 20,25 m2 | 1600 kg |
Ayaqyolu və duş poliester kabinaları
Modul sistemə daxil olan bütün panellər şüşə liflə gücləndirilmiş və cod poliuretan köpüyü hopdurulmuş poliesterdən hazırlanmışdır. Bu tərkibin sayəsində bu sistem əla isti və səs izolyasiyasına malikdir, korroziya və köhnəlmə qorxusu olmadan asanlıqla yuyulur və təmizlənir.
Ayaqyolu və duş poliester kabinalarının su və kanalizasiya boruları, kabinanın aşağı hissəsində içəridən qaldırılmış vəziyyətdə olduğuna görə görünmür.
Aksessuarlar qismində istifadə edilən bunlardır: güzgü, su çanağı, Türkiyə və ya Avropa ayaqyolu çanağı, kağız və sabun saxlayacaqları, aspirator. Kabinanın döşəməsi keramika ilə örtülür.
Elektrik sistemi avtoqoruyucu, rozetka, kabellər və işıqlandırmadan ibarətdir
Ölçülər | Hündürlük | Sahə |
---|---|---|
1,50 m. x 1,50 m | 2,40 m | 2,25 m2 |
2,70 m. x 1,50 m | 2,40 m | 4,05 m2 |
2,70 m. x 2,70 m | 2,40 m | 5,94 m2 |