Modul konstruksiyalar

UÇE MÜHENDİSLİK tikinti modul konstruksiyaları
Təsvir

UÇE MÜHENDİSLİK tikinti modul konstruksiyaları
UÇE MÜHENDİSLİK tikinti modul konstruksiyaları
Бетопан

Tikinti modul konstruksiyaları bir neçə onilliklərdir ki, əsaslı tikintiyə alternativ olaraq Kanada, ABŞ və Avropa ölkələrində istifadə edilir. Modul konstruksiyaların vəziyyət və zəmanənin tələblərinə çevik və operativ olaraq cavab verməyinin mümkünlüyü, quraşdırılmasının müqayisəli olaraq tez və asan keçməsi, konkret vəzifələr üçün bütün zəruri tərkib hissələri ilə təchiz edilməsi, müxtəlif iqlim və landşaft şəraitlərinə uyğunluğu, asan daşınıb aparılması və çoxməqsədli olması, xüsusi qayğı tələb etməməsi və etibarlılığı kimi üstünlüklərinin heç də tam olmayan siyahısı onlara zəmanənin mühəndis-texniki təkliflərinin arasında möhkəm yer tutmağa imkan verdi.

FURQAN şirkəti, modul konstruksiyaların ixtisaslaşdırılmış istehsalçısı olan Türkiyənin ÜÇE şirkətinin rəsmi distribyutoru olaraq belə həllərin geniş spektrini təklif edir.
Modul konstruksiyaların əsası – onların montajına müxtəlif konstruktor variantlarında – həm yuxarıya, həm eninə, həm də tağ şəklində – imkan verərək böyük yükə davam gətirən daşıyıcı elementlərin olduğu döşəmə, divar və tavan çərçivələrinin tərtib etdiyi bərk metal qurumdur. Konstruksiyanın növündən asılı olaraq karkasın çərçivələrinin örtüsü betopan lövhələri, sendviç-panellər, sinklənmiş profilli polad təbəqələr və ya profilli polad təbəqə, penoplast bloku və lambirdən ibarət kompozit lövhələr ola bilər.

Betopan – arasında penoplastı olan sement-sellyuloza lövhələrdən ibarət xüsusi texnologiya ilə istehsal edilmiş tikinti materialıdır. Betopanın belə tərkibi ona çox əlverişli istismar keyfiyyətlərini təmin edir və bununla belə o, başqa tikinti materialları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Betopanın fərqləndirici xüsusiyyətləri:

1. istifadənin universallığı – o, müxtəlif təyinatlı obyektlər üçün istifadə edilə bilər;
2. deformasiyalara davamlılığı təmin edən böyük bərklik və etibarlılıq;
3. hazırlayıb işlətmənin asanlığı – material texniki cəhətdən çevikdir;
4. rütubət, od, kif göbələkləri, həşərat və gəmiricilərinin təsirinə davamlılıq;
5. toz, külək və suyu keçirməmə qabiliyyəti – içində köpmə və çürümənin baş verməyəcəyinə zəmanət;
6. yüksək isti-şaxtaya davamlılıq;
7. betopan, onun tərkibinə inşaatda çoxdan bəri isti-səs-buxarkeçirmənin aşağı dərəcəsinə malik ekoloji cəhətdən təmiz və qeyri-toksik isti-səs izolyatoru kimi tanınan penoplastın daxil olduğunun sayəsində yaşayış tikililərinə gözəl yarayan yaxşı istiqoruyucu və səsyatırdan materialdır;
8. asanlıqla daşınır və daşınmaq üçün heç bir xüsusi şərt tələb etmir.

Sendviç-panel – poliuretan kütləsinin örtüldüyü xaricdən müdafiə polimer layı olan profilli sinklənmiş polad təbəqələrdən ibarət yüngül üçqatlı paneldir. Poliuretanın böyük sıxlığı və quruluşca bərkliyinin sayəsində, sendviç-panel – formaca möhkəm və istismar parametrlərinə görə davamlı tikinti materialıdır. O, deformasiyalara və rütubətə yaxşı davam gətirir, istidən genişlənmənin çox aşağı əmsalına malikdir, uzunömürlü və universaldır. Sendviç-panellər montaj üçün çox rahatdır – onlar yüngüldür, birbaşa metal karkasın çərçivələrinə bərkidilir və lazım gəldikdə lap yığma meydançasında panelin əyilməsinə yol verilmədən dəqiq kəsilməsinə imkan verir.

Betopanın əsasında FURQAN şirkəti cürbəcür yığma konstruksiyaları, məsələn müxtəlif layihəli və sahəli yaşayış modul evləri və Ekovillaları təklif edir. Həmçinin, müştərinin istəyinə uyğun olaraq individual layihənin çəkilməsi mümkündür.

Ofis, yaşayış, xidməti, sanitar, duş konteynerləri və həmçinin anqar və anbarlara gəldikdə, FURQAN şirkəti onların karkasının örtülməsinin bir neçə variantını təklif edir: profilli polad təbəqə, penoplast bloku və lambirdən ibarət kompozit lövhə, sendviç-panel və ya sinklənmiş profilli polad təbəqələrlə.