STEP AHEAD IN INNOVATIVE SOLUTIONS
İçindəki
Örtülər
Divar örtüləri
Təklif olunan həllərin üstünlük və xüsusiyyətləri
"FURQAN" şirkətindən örtüləri aldığınız təqdirdə nələri əldə etmiş olursunuz?
Hər şeydən əvvəl, dünyanın iqtisadi cəhətdən ən aparıcı ölkələrindən biri olan Yaponiyada istehsal olunmuş yüksək keyfiyyətli və texnoloji baxımdan mükəmməl məhsulu. İkincisi, nəinki maşın saxlama yerlərində, həmçinin binanın balkon və baş girişinin üstündə örtü, bağda və çimərlik sahilində, açıq havada fəaliyyət göstərən kafeteriy və küçə ticarət obyektlərində tentin daha üstün əvəzi kimi ən gözlənilməz vəziyyətlərdə istifadə olunan əla konstruktiv həlli. Sözün qısası, istifadə sahəsi kifayət qədər genişdir. Üçüncüsü, komfortun isti ilə üst üstə düşdüyünə əminlik hissini – polikarbonat örtü, ultrabənövşəyi şüaları 100%-ə qədər, infraqırmızı şüaları – 50%-ə qədər saxlayır və bununla, məsələn, avtomobil salonunda həddindən artıq isti və bürkünün qarşısını alır. Dördüncüsü, pis hava şəraitlərinə – çəkisi 60 kq./m2-ə qədər olan qar layına, sürəti saatda 120 km.-ə qədər olan küləyə, şiddətli yağışa – davam gətirən möhkəm konstruksiyanı. Bunun üçün həm konstruksiya elementlərinin özlərinin möhkəmliyi, həm də alümin konsol və daşıyıcı dayaqların etibarlı bərkidilməsinin xüsusi sxemi nəzərdə tutulmuşdur. Beləliklə, bu örtülər təkcə günəşin qızmar şüalarından qorumurlar, onlar hər cur havaya yarayırlar və onların funksionallığı ilin mövsümlərindən asılı deyil. Beşincisi, ətraf mühiti mütləq bəzəyəcək əlavə estetikanı.
Təsvir edilən örtülərə xas olan keyfiyyətlərin məcmusu, ən müxtəlif məişət vəzifələri üçün onlardan istifadə etməyə və həm dinamik meqapolislərin, həm də sakit şəhəryanı yerlərin praktiki olaraq istənilən memarlıq landşaftına uyğunlaşdırmağa imkan verir – hər yerdə eyni dərəcədə bu örtülərin təmin etdiyi "təmizlənmiş kölgənin" üstünlüklərindən istifadə edilmək arzu edilir. Bir də ki, örtülərin konstruksiyasının özü onlardan uğurlu kompozisiya istifadəsini, yəni, məsələn, daha böyük məkanı əhatə etmək, müəyyən sahəyə kölgə salmaq üçün, şəhərsalma məsələlərində hansısa üslub yanaşmasının təklif edilməsində cürbəcür həndəsi formalarda örtülər kompleksinin təşkil edilməsini nəzərdə tutur.
Örtülərin öz aralarında belə uyğunluğu nəinki fərdi, həm də kollektiv istək və tələblərə uyğun praktiki istifadənin sərhədlərini genişləndirən variant müxtəlifliyini bəri başdan təmin edən konstruksiya universallığının sayəsində nail olunur. Beləliklə, örtüləri, məsələn bir-birinə qarşı "M" formasında quraşdıraraq təkcə bir avtomobil üçün yox, onlarla hərəkət vasitəsi üçün nəzərdə tutulan bütöv parkinq təmin etmək olar. Və ya örtülərin həm "M", həm də "Y" formalarında uzununa və köndələn kombinasiyasını quraraq stolların üstündə yerləşdirib təkrarolunmaz modernist çalarlı yay restoranını təşkil etmək olar. Sonra örtüləri, dükanların qabağında satılan meyvə və tərəvəzı təravətli saxlamaq məqsədilə onlara kölgə salmaq üçün onların üstündə bir sırada yerləşdirmək olar.