STEP AHEAD IN ROOFING SOLUTIONS
İçindəki
Dam sistemləri
KAMİ metal çerepisası və dam aksessuarları
Təklif olunan həllərin üstünlük və xüsusiyyətləri
KAMİ metal çerepisası, bazarda layiqincə təqdim olunmaq və dünyaya yayılmaq üçün bütün lazımlı tələblərə cavab verir:
– ətraf mühitin təsirinə davamlılıq – müxtəlif iqlim şəraitlərinə, havanın durumuna və temperaturun kəskin dəyişməsinə adaptasiyanın ayrılmaz keyfiyyətlərinin metal çerepisaya verilməsi texnoloji prosessin özündən irəli gəlir;
– zədələrə davamlılıq – metal çerepisanın nəinki üz, həm də astar səthlərinin çoxlaylı olması onun qoruyucu qatının çox uzun müddət ərzində öz yüksək istismar keyfiyyətlərini saxlamasına zəmanətdir;
– böyük çəkiyə davamlılıq – dam təbəqəsinin gərilməsi və sıxlaşdırılmasının istehsal sikli materialın möhkəmliyini artırır və bunun sayəsində metal çerepisa deformasiya olunmadan böyük adamın çəkisinə davam gətirir, bu isə, damın inşası gedən zaman onun montajını xeyli asanlaşdırır;
– metal çerepisanın montajı geniş bucaq diapazonunda – 12-dən 90 dərəcəyə qədər mümkündür. Digər istehsalçıların metal çerepisalarının əksəriyyəti bucağı 18 dərəcədən aşağı olmayan damlarda quraşdırılır. Bu isə, təbii ki, onların istifadə spektrini daraldır;
– böyük möhkəmlik olduğu halda yüngül çəki – nəinki montajın asanlığını təmin edir, həm də yükləmə-boşaltma, nəqliyyat xərcləri daxil olan iş smetası hazırlandığı zaman maliyyə vəsaitlərinin qənaəti nöqteyi nəzərindən kifayət qədər mənfəət verir. Polad təbəqənin çəkisi - 4,5 kq./m2 – möhkəmliyin çəkidən asılı olmadığını sübut edən bariz nailiyyətdir;
– xarici gözəllik – istənilən evi bəzəyən səciyyə.