Yeni kommersiya təklifləri

Yeni kommersiya təklifləri

Yeni kommersiya təklifləri

Bazar iqtisadiyyatı şəraitində tələbatı formalaşdıran istehlakçıların onlara istehlak etməyə mal və xidmətləri təklif etməklə təklifi təşkil edənlərlə arasında qarşılıqlı əlaqələr düz və əks asılılıq proyeksiyaları üzrə qurulur. İlk baxışdan sxem sadədir: tələbatın təklifdən çox olması qıtlığa gətirib çıxarır, tələbatla müqayisədə tez artan təklif isə staqnasiyaya keçə biləcək bolluğa səbəb olur. Lakin, iqtisadiyyatın əsası olan tələbat və təklif, alıcılıq qabiliyyətinin səviyyəsinin satılan mal və xidmətlər həcminə nisbətinin dinamikasını əks etdirməklə yanaşı tələbat və təklif kapitalı artan bir zamanda tələbat və təklif qarşılıqlı münasibətlərinin mədəniyyətinin vəziyətinin çox mühüm mənzərəsini göstərirlər.

Bazar iqtisadiyyatının bu təməl anlayışları – istehsalçı və mal və xidmət təminatçılarının, tələbatın ödənilməsi istiqamətində müvafiq addımlar haqqında qərar qəbul etdiyi informasiya-analitik zəmindir. Bu qərarlar mahiyyət etibarilə çox önəmlidir, çünki onlar nəinki tələbata qarşı olan mövqeyi əks etdirirlər, həmçinin tələbatı ödəmək qabiliyyətinin keyfiyyət səviyyəsini nümayiş etdirirlər.

Yuxarıda ifadə olunduğu kontekstə görə, FURQAN şirkətinin 2007 il baharından modul konstruksiyalar və örtülər olan iki yeni istiqamətin açılışı haqqında qərar qəbul etməsi – tələbatın ödənilməsi məsələsinə ən ciddi münasibətinin sübutudur.

FURQAN şirkəti nəinki öz təklif bazasını zənginləşdirdi, həmçinin dam, yaşayış, sahə, saxlama və qoruma məsələrinin yeni kompleks həllərini irəli sürdü.

Məsələn, Ekovillanı sifariş edərək, siz əslində daha böyük üstünlük əldə etmiş olursunuz – yaşayış məsələsinin həllini, çünki sizin qabağınızda necə tikdirmək problemi durmur – montajı FURQAN şirkəti öz üzərinə götürür, siz təkcə seçim edirsiniz – harada tikdirmək…

Tələbat və təklif kimi iki nüvə sütununun qarşılıqlı əlaqəsinin qeyri-maddi işığında vəziyyəti dəqiq rəqəm şəklində müəyyənləşdirilə bilməz, çünki bu artıq riyazi alqoritm və iqtisadi düsturların psixoloji təhlilə yer verdiyi ruhi mühitdir. Amma bu vəziyyət tələbatın ayrı-ayrı qruplarının təklifdən məmnun qalmalarının dərəcəsini və təklifin tələbatın konkret kateqoriyasına uyğunluğunun dərəcəsini müəyyən etməyə kömək edir. Çünki, bir tərəfdən, istehlakçıların tələbatının ödənilməsi hələ onların tam məmnunluğunu təmin etmək deyil – istehlakçılar səviyyə, kontingent və sinifə görə fərqlənirlər və təklifin özünün istədiklərinə daha da uyğun olmasını istəyən bir qrup istehlakçı həmişə peyda olacaq. Digər tərəfdən isə, təklif, tələbatı ödəyərək özü bu tələbatı yarada bilər əgər o orijinal və zəmanənin nəbzinə uyğundursa. Bir qayda olaraq, bu növ təkliflər innovasiya olur və öz unikal səciyyələrinin sayəsində tez-tez eksklyuziv olan özünəməxsus bazar yerini tutur.

FURQAN şirkətinin belə eksklyuziv təklifi – polikarbonat örtülərdir. Polikarbonat örtü – gözəlliyin və funksionallığın praktiki universallıqla birləşməsidir. Siz nəinki örtünün, həmçinin fərqliliyin və estetikanın funksiyalarını daşıyan və bir çox məsələlərin gözəl konstruktiv həlli olan polikarbonat örtünü əldə edirsiniz.