STEP AHEAD IN ROOFING SOLUTIONS
İçindəki
Dam sistemləri
POIMUKATE metal çerepisası və dam aksessuarları
Metal çerepisa
KAMİ və POİMUKATE melal çerepisalarının əsas materialı – sinklənmiş poladdır. Sinklənmiş poladın metal çerepisanın istehsalı üçün işlədilməsinin çoxillik dünya praktikası onu sübut etmişdir ki, poladın sinkləşdirilməsi polad əşyaların xidmət müddətini bir neçə dəfə uzadır.
Polad əşyaların korroziyadan müdafiəsi, bütün dünyada çox mühüm texniki məsələdir. Son onilliklər ərzində "isti üsulla sinkləmə" texnologiyası kifayət qədər geniş istifadə edilir.
İsti üsulla sinkləmə – poladın, kimyəvi parçalanmaya və mexaniki zədələrə çox davamlı olan sink layı ilə örtülməsi prosesidir. Prosesin mahiyyəti, yağsızlaşdırma, aşındırma və flüsla əritməni əhatə edən müvafiq hazırlıq mərhələsindən keçmiş polad əşyaların təxminən 450° temperaturda ərinmiş sink vannasına batırılmasından ibarətdir. Qara metalın sinklə arasında baş verən reaksiyanın sayəsində möhkəm qatışıq əmələ qəlir. Poladın bu üsulla örtüldüyü sink, ətraf mühitin təsirini minimum qədər azaltmaqla yanaşı, müxtəlif zədələrdən qoruyan müdafiə səddi olur. Onu qeyd etmək lazımdır ki, sink həmçinin elektrokimyəvi müdafiəni təmin edir, çünki o, poladla təmasda olan halda qalvanik element əmələ gətirir. Elementdə yaranan gərginlik, sink səthinin ekstremal dərəcəli təsir nəticəsində çatladığı təqdirdə də poladın yox, sinkin korroziyasına gətirib çıxarır. Başqa antikorroziya sistemləri ya müdafiə səddini, ya da qalvanik elementi əmələ gətirirlər. Anjaq isti üsulla sinkləmə bu iki nətijəni çox illər ərzində poladı müdafiə edən effektiv və qənaətji bir nətijədə birləşdirir.
İsti üsulla sinkləmə texnologiyası 50 ildən artıqdır ki, ixtira edilmişdir və hal-hazırda polad əşya və konstruksiyaların antikorroziya müdafiəsinin ən sərt tələblərinə cavab verir. Polad əşya və konstruksiyaların antikorroziya müdafiəsinin bütün məlum üsullarından isti üsulla sinkləmə həm işlədilmə texnologiyasına, həm də xidmətin son keyfiyyətinə görə ən optimaldır. Sink, qara metalların korroziyasının qarşısını alan zəruri keyfiyyətlərə malik olan material kimi çoxdan bəri tanınmışdır. İsti üsulla sinkləmə praktikası, 1742-ji ildə fransalı Maluenın ilk dəfə olaraq polad əşyaları ərinmiş sinkə batırıb onları sink layı ilə örtdüyündən başlanır. Sınaqların nətijələri təsdiq edirdi ki, metalın örtüldüyü sink protektor kimi işləyir və metalı etibarlı müdafiə edir. O vaxtdan bəri isti üsulla sinkləmə qara metalların antikorroziya müdafiəsinin ən yaxşı üsullarından biri kimi tanınmış və hal-hazırda beynəlxalq standartla sertifikasiya olunmuşdur.
Hər il dünyada millionlarla ton sink istehsal olunur. Bu həjmin yarısı poladın korroziyadan müdafiəsinə yönəldilir. Məlumat üçün qeyd etmək olar ki,
• Əhalisi 16 mln. nəfər olan Hollandiyada 18 sinkləmə zavodu var,
• Əhalisi 90 mln. nəfər olan Almaniyada 180 sinkləmə zavodu var,
• Əhalisi 50 mln. nəfər olan İtaliyada 64 sinkləmə zavodu var,
• Əhalisi 46 mln. nəfər olan İspaniyada 48 sinkləmə zavodu var,
Onu da qeyd etmək gərəkdir ki, Avropada bütün polad konstruksiyaların 5%-dən artığı "isti üsulla sinkləmədən" keçir.